“Hababam Sınıfı” müəllifinin həyat yoldaşı öldü

“Hababam Sınıfı” müəllifinin həyat yoldaşı öldü
02:26 19 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış yazıçı-jurnalisti Afət İlqaz vəfat edib.

ANS PRESS-in məlumatına görə, yanvarın 9-da sətəlcəm diaqnozu ilə “Balıklı Rum” xəstəxanasına çatdırılan İlqaz burda infarkt keçirərək “Bağçılar” xəstəxanasına aparılmışdı.

Bir müddət reanimasiya şöbəsində müalicə olunan yazarın həyatını xilas etmək mümkün olmayıb.

Cənazə mərasimi ötən gün İstanbul Fatih rayonunun “Sümbül əfəndi” məscidində olan 78 yaşlı yazar “Yeddi qüllə” qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, Afət İlqaz məşhur “Hababam sınıfı” əsərinin müəllifi Rıfat İlqazın keçmiş həyat yoldaşıdır.

Allah rəhmət eləsin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR