Bakıda 43 yaşı kişi evlərində asılmış halda tapıldı

Bakıda 43 yaşı kişi evlərində asılmış halda tapıldı
12:26 25 Dekabr 2014
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında Müzəffət Nərimanov küçəsində asılmış kişi meyidinin tapılması barədə məlumat daxil olub.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, özünü asan 1971-ci il təvəllüdlü Abdulla Niftəliyevdir.

Deyilənlərə görə, kişi uzun illər əsəb xəstəliyindən əziyyət çəkirmiş. Lakin onun intihar etməsinin dəqiq səbəbləri bilinmir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR