Türkiyədə gərgin gecə (VİDEO)

Türkiyədə gərgin gecə (VİDEO)
03:21 19 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hakkari vilayətində separatrçı kürdlərlə polis arasında qarşıdurma baş verib.

ANS PRESS-in məlumatına görə, Şırnak vilayətinin Cizre rayonunda etiraz aksiyaları zamanı baş vermiş ölüm hadisələrinə etiraz edən bir qrup Hakkarinin Pehlivan məhəlləsində barrikada quraraq avtomobil yolunu bağlayıb.

Yoldan keçən maşınları qeyri-qanuni saxlayaraq sənədlərini yoxlayan qrup avtomobillərdən birinə “molotof kokteyli” atıb. “Molotof”un dəydiyi avtomobil isə sürətlə hadisə yerindən uzaqlaşıb.

Qrup daha sonra müdaxilə etmək üçün hadisə yerinə gələn polis avtomobillərinə də “moltof kokteyli” və fişənglərlə hücum edib. Polis maşınlarından biri yanmağa başlasa da, TOMA-nın təzyiqli suyu ilə yanğın söndürülüb.

Polis daha sonra təzyiqli su və gözyaşardıcı qazlarla aksiyaçıları dağıdıb.

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR