Göyçay rayonunun iki kəndinə qaz xətti çəkilir

05:08 19 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 19 yanvar, AzərTAc
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq hazırda Göyçay rayonunun 2 kəndinə təbii qaz xətti çəkilir.
Rayon qaz istismar sahəsindən AzərTAc-a bildiriblər ki, artıq 24 ildir təbii qaz sarıdan əziyyət çəkən rayonun Şıxbəy və Yekəxana kəndlərinin sakinləri üçün yeni qaz xəttinin çəkilişi işləri uğurla davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə podratçı tikinti şirkətləri tərəfindən bu günədək Şıxbəy kəndində 9215 poqonmetr, Yekəxana kəndində isə 13 min 41 poqonmetr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətti çəkilib. Hər iki kəndin qazlaşdırılması üçün metal və polietilen borulardan istifadə olunur.
Kənddaxili xətlərin çəkilişi yaxın günlərdə başa çatdırılacaq və yanvarın sonunda həmin kəndlərdə mənzillərə sayğacların və fərdi tənzimləyici qurğuların quraşdırılması işlərinə başlanılacaq. Şıxbəy kəndində 165, Yekəxana kəndində isə 274 mənzilə sayğacın quraşdırılması nəzərdə tutulur. Bu yaşayış məntəqələrinə Novruz bayramınadək “mavi yanacağ”ın verilməsi planlaşdırılır. Həmçinin yaxın vaxtlarda rayonun Məlikkənd və Şahsoltanlı kəndlərinə yeni qaz xətlərinin çəkilişinə başlanılacaq.
Hazırda Göyçay şəhərində və 19 kənddə 15 min 246 abonent təbii qazdan istifadə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychay_rayonunun_iki_kendine_qaz_xetti_chekilir-825670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR