Nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində fəaliyyət gücləndiriləcək

05:08 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
2015-ci ildə faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu istiqamətdə bank sektorunun resurs bazasının artırılması üçün əhalinin, korporativ sektorun və
institusional investorların uzunmüddətli yığımlarının bank sektoruna cəlbinin stimullaşdırılması diqqətdə saxlanacaq.
AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
Bəyanatda bildirilir ki, həmçinin nağdsız ödənişlərin stimullaşdırılması və nəticədə kreditləşmənin resurs mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyət gücləndiriləcək.
Əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi çərçivəsində qorunan əmanət və əmanətçilərin əhatəsinin genişləndirilməsi imkanlarına baxılacaq. Bank sektorunda
restrukturizasiyanın davam etdirilməsi, banklararası bazarın inkişaf etdirilməsi, banklarda daxili potensialın gücləndirilməsi və əməliyyat səmərəliliyinin yüksəldilməsi, habelə bank xidmətlərinin elektronlaşdırılması və distant bank xidmətləri faiz dərəcələrinə azaldıcı təsir edən amillər olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nagdsiz_odenislerin_stimullasdirilmasi_istiqametinde_fealiyyet_guclendirilecek-825669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR