“Türkiyə Livan ordusuna dəstəyini davam etdirəcək”.

Metbuat.az xəbər verir ki, Livanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Ankaranın məqsədi Livanın suverenleyinə dəstək verməkdir. Diplomatın sözlərinə görə, Türkiyənin dəstəyi təkcə hərbi köməklikdən ibarət deyil. Bura humanitar və iqtisadi dəstək də daxildir.