Mətbəx sirləri: Torağay - FOTO

Mətbəx sirləri: Torağay - FOTO
07:05 19 Yanvar 2015
149 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az torağay formasında bulkaların hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

250 ml su
1 ç.q. quru maya
0.5 st. şəkər tozu
1 ç.q. vanilli şəkər
1 ç.q. duz
1/4 st bitki yağı
3 st. un

kişmiş (bəzək)
bal (üzərinə)

Kişmiş və bal xaricində göstərilən ərzaqdan xəmir yoğurun.

Hazır xəmiri 8 yerə bölün.

Hər kündəni 15 sm uzunluqda jqut halına salın. Onu düyünləyərək bir hissəsini quş başına bənzədin.

Kişmişi bir neçə yerə bölüb "göz" əvəzi "başa" bərkidin. 



Yaxud şəkildə göstərilən digər qaydadan istifadə edin.



"Torağayları" siniyə düzüb isti yerə qoyun. Gələndən sonra üzərinə bal çəkib 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Bişmiş bulkaları taxta lövhənin üzərinə qoyun. Azca su səpin, üzərinə dəsmal çəkib 10-15 dəqiqə saxlayın.




Nuş olsun! 

Resept: vk.com/vk_cook

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/319191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR