Əfsanəvi futbolçu Pele Fransanın PSJ klubunda çıxış edən Lionel Messini "Qızıl top"u qazanması münasibəti ilə təbrik edib.

Metbuat.az xəbər verir ki, 81 yaşlı keçmiş hücumçu bu barədə instaqram hesabında yazıb:

"Lionel Messini təbrik edirəm. Bu, şübhəsiz ki, onun misilsiz istedadına verilən qiymətdir. Yeddi dəfə, çox sağ olun", - deyə o vurğulayıb.