Dekabr ayının 4-də Günəş tutulması baş verəcək.
Metbuat.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Bildirilir ki, təbiət hadisəsi zamanı Günəş tamamilə tutulacaq. Günəş tutulmasını tam formada təkcə Antarktida qitəsindən müşahidə etmək mümkün olacaq. Təbiət hadisəsini Avstraliya, Çili və Yeni Zelandiyadan qismən izləmək olacaq.
Kanada, Meksika, ABŞ və digər ərazilərdə isə təbiət hadisəsinin daha yaxşı izləmək olar.