Bolqarıstan 2018-ci ildə Avrozonaya daxil olmaq niyyətindədir

Bolqarıstan 2018-ci ildə Avrozonaya daxil olmaq niyyətindədir
07:58 19 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+


Sofiya, 19 yanvar, AzərTAc
“Novinite” xəbər agentliyinin məlumatına əsasən, Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov Litvanın avrozonaya daxil olması ilə bağlı keçirilən rəsmi tədbirdə bildirib ki, ölkə tezliklə avrozonaya daxil olmaqla bağlı danışıqlara yenidən başlamağı arzulayır.
Bolqarıstan Avropa Valyuta Mübadiləsi Mexanizminə (ERM-2) 2018-ci ildə daxil olmağa planlaşdırır. Avropa İttifaqının 2014-cü il konvergensiya məruzəsinə əsasən, Bolqarıstan avrozonaya daxil olmaq üçün qiymətlərin sabitliyi, ictimai maliyyə, faizlərin konvergensiya kimi üç meyarı yerinə yetirib. Buna baxmayaraq, Bolqarıstan hökuməti qanunvericilik baxımından qoyulan tələbləri yerinə yetirə bilməyib.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Sofiya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolqaristan_2018_ci_ilde_Avrozonaya_daxil_olmaq_niyyetindedir-825673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR