Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
08:58 19 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "MERCEDES" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil verib.

Əməliyyat saat 07:44-də başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR