20 Yanvar faciəsi İzmirdə unudulmadı - FOTO

20 Yanvar faciəsi İzmirdə unudulmadı - FOTO
09:05 19 Yanvar 2015
181 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 yanvar 1990-cı il hadisələrindən 25 il keçir.

Milli.Az bildirir ki, Azərbaycan xalqının hüzn və şərəf günü olan 20 Yanvar hadisələrinin ildönümü Türkiyənin İzmir şəhərində də unudulmadı.  Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olan bu günlə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən anım tədbiri təşkil olundu.

Tədbirdən öncə İzmrin mərkəzi prospektlərindən biri olan Fevzi Paşa prospektinin üzərində yerləşən cəmiyyət mərkəzinin önündə 20 Yanvar və sonrakı günlərdə həyatlarını itirənlər üçün ehsan paylandı və insanlara 20 Yanvarla bağlı məlumat verildi. Daha sonra cəmiyyətin mərkəzində tədbir keçildi.

Tədbiri cəmiyyətin sədr müavini Cavid Əliyev açaraq, xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edən 20 Yanvarla bağlı təşkil olunan tədbirə gələnlərə təşəkkür edərək iştirakçıları şəhidlərin ruhuna bir dəqiqəlik sayğı duruşuna dəvət etdi.

Sayğı duruşundan sonra cəmiyyətin sədri Dr. Asif Kurban 20 Yanvarın Azərbaycan xalqının tarixində önəmli bir yerə sahib olduğundan bəhs edərək, "20 Yanvarda böyük itkilər, şəhidlər verilsə də Azərbaycanın müstəqilliyinin önünü açmışdı", - deyə qeyd etdi və o dönəmlə bağlı xatirələrini anlatdı.

Daha sonra tarixçi-yazar İsmət Alpaslan 20 Yanvar faciəsi haqda sualları cavablandırdı.
Tədbirdə iştirak edənlər də bu günlə bağlı fikirlərini səsləndirdilər.

Tədbirdə müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarının sədr və nümayəndələri, universitet müəllimləri, xarici ölkə tələbələri ilə birgə Azərbaycanlı tələbələr və İzmir sakinləri iştirak etdilər.

Nigar Börək
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR