Balakəndə 18 yaşlı gənc intihara cəhd edib

09:47 19 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 09:46 ]


Balakən. Vüqar Heydərov - APA. Balakəndə 18 yaşlı gənc intihara cəhd edib.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1997-ci il təvəllüdlü, Balakən şəhər sakini Murad Fəxrəddin oğlu Əhmədov sol biləyinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 18 yaşlı Murad Əhmədov intihar etmək  məqsədilə kəsici alətlə sol biləyini kəsib. Murad Əhmədovun sol biləyi üzərində cərrahiyə əməliyyatı  aparıldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Murad Əhmədovun intihar cəhdinin səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR