Şəkidə fərdi yaşayış evi yanıb

09:57 19 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 09:52 ]


Şəki. Vüqar Heydərov - APA. Şəkidə fərdi yaşayış evi yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Baş Göynük kəndində Musa Şabəddinova məxsus, ümumi sahəsi 380 kv. m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib.

 

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 180 kv. m sahədə, 2-ci mərtəbədə olan 4 otağın yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Evin birinci mərtəbəsində olan otaqlar yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR