Problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 690,2 milyon manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,3 % azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,9 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il fevralın sonuna isə 6,3% olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR