Berti Foqtsun Azərbaycandan getməsinin əsl səbəbi bu imiş

Berti Foqtsun Azərbaycandan getməsinin əsl səbəbi bu imiş
10:37 19 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

Berti Foqtsun Azərbaycan yığmasından ayrılmasının əsl səbəbi məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli məşqçi sağlamlığı ilə bağlı problemlə üzləşdiyi üçün yığmamızla yolları ayırıb.
  
Belə ki, bu günlərdə Almaniyanın Tübingen klinikasında ürəyindən əməliyyat olunan Foqtsun damarına stendlər yerləşdirilib. Bir neçə gün xəstəxanada qalmalı olan 69 yaşlı məşqçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: “İndi hər şey qaydasındadır. Amma son 3-4 ay ərzində ürəyimlə bağlı problem yaşayırdım. Bilirdim ki, ürək damarlarımdan biri süni damarla əvəz olunmalıdır. Buna görə də, əməliyyata hazır idim”.
  
Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb. Onun millimizlə 2016-cı ilin sonuna kimi müqaviləsi olsa da, qarşılıqlı razılıq əsasında sözləşməsinə xitam verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR