APA-nın xəbərinə görə, açıqlamada deyilir:
“20 yanvar 1990-cı il günü türk dünyasınnı yaşadığı ən acı günlərdən biridir. Azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qara Yanvar bizim üçün də qara gündür. Yanvarın 13-də baş verən qətlləri dayandırmaq iddiası ilə yanvarın 20-də Baklıya daxil olan sovet ordusu xalqın yuxuda olduğu soyuq bir gecəni seçərək xalqın ən zəif anından faydalanıb və 131 nəfəri amansızlıqla qətlə yetirib. Məqsəd etirazlara başlayan azərbaycanlıları dayandırmaq, onları cəzalandırmaq, yüksələn millətçiliyin qarşısını almaq və SSRİ-nin müstəqillik üçün ayağa qalxa biləcək digər xalqalrına göz dağı vermək idi. Ancaq bu taktika nəticə vermədi və sovet idarəçiliyi altındakı Azərbaycanda və digər türk xalqları arasında millətçilik gücləndi, müstəqillik tələbi yeni vüsət aldı və Sovet İttifaqının çöküşü sürətləndi.
Qara Yanvar olayı azərbaycanlı qardaşlarımız üçün günəşin doğmasından öncəki ən qaranlıq an olub. Bu olayların ardından çox vaxt keçmədən Azərbaycan dövləti layiq olduğu müstəqilliyi yenidən əldə edib. Biz Azərbaycanla bir millət, iki dövlət olaraq bu acıları birlikdə yaşamış və birlikdə üzülmüşük. 20 Yanvar hüzn günündə bütün Azərbaycan və türk millətinin başı sağ olsun deyir, bu qətliamda həlak olan bütün qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirəm”.