Aygün Kazımova: "Studiyada tanış olduq"

Aygün Kazımova: "Studiyada tanış olduq"
10:37 19 Yanvar 2015
145 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova türkiyəli ifaçı Kutsinin ünvanına təriflər yağdırıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Onlar” verilişinə açıqlamasında müğənni onunla işbirliyinə başlayacaqlarını deyib:

"Türkiyədə birlikdə verilişə qatılacaqdıq. Amma Kutsi yeni albom hazırladığı üçün verilişlərə çıxmaq ona qadağan edilib. Studiyada tanış olduq. Oxudum, qulaq asdı, məni çox bəyəndi. Deyir, sənin neçə qulağın var? Buradan səs rejissoru deyir, sən götürürsən. Bakıya gəlmək, mənimlə birlikdə proqramlara çıxmaq istəyir. İşbirliyimiz olacaq".

A.Kazımova yenidən çalışmağa başladığı prodüser Tolikdən də danışıb. O, “Tolik Eltonla da işləyir, qısqanmırsınız?” sualına belə cavab verib:

“Toliklə müqaviləmizi yenilədik. Ad günümə çoxlu təkliflər deyir. Eltonu qısqanmıram. Onunla ən uzunömürlü duetimi ifa etmişəm. Yenidən birlikdə mahnı oxuyacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR