Elza kamera qarşısına qaloşla çıxdı – video

Elza kamera qarşısına qaloşla çıxdı – video
10:41 19 Yanvar 2015
146 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” kamerası qarşısına qaloşla çıxıb. O, öz zövqünə güvəndiyini deyib:

“Sənətim bir kənarda qalıb, çəkmələrimdən, şlyapamdan danışırlar. Bir dəfə qar yağmışdı. Evdə qaloş var idi. Onu geyinib verilişə gəldim. Yaman səs-küyə səbəb oldu. İsveçin Malmö şəhərinə konsertə getmişdim. Orada gördüm ki, həmin qaloşların çəkmələri çıxıb. Bir daha öz zövqümə əmin oldum. Yaxşı ki, mən o qaloşları geyinmişəm. Avropa qaloşu bizdən götürüb çəkmə edir. Bunun hər geyimimə uyğun növünü almışam. Səhnədə dünya ulduzları da bundan geyinirlər. Amma mən geyinəndə qınağa səbəb olmuşdu”.

E.Seyidcahan uşaq vaxtı onu amerikalı rejissor-prodüser Tomas Andersona bənzətdiklərini deyib:

“Ondan əvvəl də saçlarım qısa idi, Sərxan Sərxana bənzədirdilər. Hətta deyirdilər ki, siz onun bacısısınız? Saçlarım uzananda Türkan Şoraya oxşatdılar. Fərqli imicdə çıxanda isə Ledi Qaqaya, hərdən də Bülənt Ərsoya bənzədirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR