"Uşaqların fahişəliyə düşməsinə Tanrı niyə yol verir?" - FOTO

"Uşaqların fahişəliyə düşməsinə Tanrı niyə yol verir?" - FOTO
10:47 19 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası 1-ci Fransiskin Filippinə, Asiyada ən çoxsaylı katolik əhaliyə malik ölkəyə səfəri başa çatıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Papanın Vatikana uçan təyyarəyə əyləşdiyi Villamor aviabazasına aparan magistralda onu yüz minlərlə filippinli yola salıb.
 
Aviabazada vida mərasimində Filippin prezidenti Beninyo Akino və ölkənin katolik kilsəsinin ali rəhbərliyi vardı. Bir qrup yetim uşaq isə "Papa Fransisk, biz səni sevirik" qışqırırdı.
 
Filippinin paytaxtı Manilada olarkən Papa şəhərin ən böyük parkı "Risal"da vəz verib. Vəzi dinləməyə 6 milyon filippinli yığışmışdı.
"İblis yalanın atasıdır. O, tələlərini əksər zamanlarda "hamı kimi olmaq", "müasir görünmək" istəkləri ilə pərdələyir. O, bizi qısamüddətli həzzlər və səthi istirahətlə tələyə salır. Sonucda Tanrıdan aldığımız hədiyyələri xərcləyir, mənasız işlərə diqqət ayırır, oyun və içkilərə pul xərcləyir, yalnız özümüzü düşünürük. Gerçəkdən də əhəmiyyətli işlərə diqqət ayıra bilmirik", - Papa vəzində söyləyib.
 
Roma Katolik Kilsəsinin rəhbəri daha sonra Filippinin dövlət və ictimai strukturlarını sərt tənqid edərək onları "yoxsulların sayını artırmaq, korrupsiyanı gücləndirmək"də suçlayıb.
 
"Uşaqların hüquqları tam müdafiə olunmalıdır. Uşaqların ümidlərinin əlindən alınmasına, onların küçədə yaşamağa vadar edilməsinə yol vermək olmaz", - Roma Papası deyib.
 
Asiyanın ən qədim ali təhsil müəssisəsi olan Santo Tomas Katolik Universitetinin kampusunda pontifik ilə görüşə 30 mindən artıq filippinli gəlmişdi.
Ölkədəki xeyriyyə təşkilatlarından birinin küçə həyatından xilas etdiyi 12 yaşlı yetim qız Papaya yaxınlaşaraq ağlayıb və soruşub: "Heç bir günahı olmayan uşaqların küçələrə, narkotiklər və fahişəlik aləminə düşməsinə Tanrı niyə yol verir axı?!"
 
Papa uşağı bağrına basıb və gənclərə xitabən deyib: "Diqqət verin! Bu qız cavabı olmayan sual verdi. O, sözlərin başa vura bilmədi, ağladı. Hamımıza ünvanlanıb bu sual. Uşaqlar niyə əzab çəkirlər? Dünya əzab çəkənlərlə birlikdə ağlamağı öyrənməlidir. Yalnız şəfqət göz yaşları tökməyi bacaranda bu sualın cavabına yaxınlaşacağıq".
 
Filippinin 100 milyon sakininin 80 faizi katoliklərdir. Halbuki region ölkələrində katoliklərin sayı əhalinin 3 faizindən artıq deyil.
 
Milli.Az
 
 



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR