Bakı. Fuad Cəfərov -APA. Ucar rayonunda ağır yol qəzası baş verib.
Ucar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Beton qarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.
Ölən şəxslərin adları hələlik məlum deyil.