Fransız məşqçi Zinəddin Zidan PSJ klubu ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. Bildirilir ki, şərtlər razılaşdırılıb və PSJ tezliklə Zinəddin Zidanın baş məşqçi postuna təyinatını açıqlayacaq. PSJ 50 yaşlı mütəxəssisin bütün şərtlərini qəbul edib.

Məlumata görə, Zidan dünyanın ən yüksək məvacib alan məşqçisi olacaq. Zidanın tələbinə görə, Kilian Mbappe klubda saxlanılıb, idman direktoru Leonardo isə klubdan uzaqlaşdırılıb.