Necdet Ünüvar: "20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır"

Necdet Ünüvar: "20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır"
11:32 19 Yanvar 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib.

Bu haqda Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda qeyd edilib.

N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tələbi Sovet İttifaqının çökməsi üçün zəmin hazırlamışdı.

Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı vəhşicəsinə törədilmiş bir zülmdür, Türkiyə bu məsələdə hər zaman zülmə məruz qalan Azərbaycanın yanında olub və bundan sonra da olacaq: "Azərbaycanla bir milllət, iki dövlət olaraq, bu acını bir yerdə yaşadıq, birlikdə kədərləndik. 20 Yanvar günü münasibətilə bütün Azərbaycan və Türkiyə xalqına başsağlığı verir, faciədə ölənlərə Allahdan rəhmət diləyirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR