Bu gündən müəllimlərin yerdəyişməsi üzrə ərizə qəbulu başlayır

Bu gündən müəllimlərin yerdəyişməsi üzrə ərizə qəbulu başlayır
14:03 1 İyun 2015
2141 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 29 aprel 2015-ci il tarixli, 511 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 3511 vakant yer çıxarılıb. Həmin yerlərdən 3202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib.

Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer, 6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər, www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün video təlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu iyunun 10-da saat 23:59-da başa çatacaq.

Müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2401057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR