20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanalları vasitəsilə bütün dünyaya çatdırılacaq

11:47 19 Yanvar 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:42 ]


Bakı - APA. 20 Yanvar faciəsinin 25-ci  ildönümü TRT kanalları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

 

Bu barədə APA-ya məlumat verən TRT-nin Bakı nümayəndəsi Yıldıray Arslan 20 Yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.

 

Onun sözlərinə görə, TRT20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətirəcək: “TRT Bakı Təmsilciliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək”.

 

Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı, politoloq mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər. “TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib. Bu proqram, xəbər və canlı bağlantılar  “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR