Ukraynadan taxılın daşınması ilə bağlı proses uğurla davam edir.

Metbuat.az xəbər verir ki, BMT-nin baş katibi Anotnio Quterreş belə açıqlama verib. O bildirib ki, taxılın daşınmasının uğurlu alınması Birgə Koordinasiya Mərkəzinin uğurudur. Quterreşin sözlərinə görə, Odessadan ayrılan ilk gəmidə 26527 ton qarğıdalı olub. Gəmi Livan istiqamətində üzür.