Ukraynanın Odessa limanından Livan istiqamətində üzən yük gəmisi İstanbulda yoxlanılıb.
Metbuat.az xəbər verir ki, “taxıl sazişi”nin şərtlərinə uyğun olaraq gəmidə yoxlamalar keçirilib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, yoxlamalar yekunlaşandan sonra gəmi Livan istiqamətində üzməyə davam edib. Məlumata görə, gəminin göyərtəsində 27 min ton qarğıdalı var.
Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında İstanbulda imzalanan razılaşmaya əsasən, Ukrayna limanlarındakı təqribən 25 milyon taxıl dünya bazarlarına daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan sanksiya aradan qaldırılacaq.