Dəmiryolçular 20 Yanvarı andı (FOTO)

12:01 19 Yanvar 2015
97 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar qurbanlarını anıb. QSC-dən ANS PRESS-ə verilən məlumata görə, anım tədbiri 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov açıb. O, bildirdi ki, Bakı küçələrinin qana bələnmiş ağır günlərində faciənin səbəb və mahiyyətini daha dərindən başa düşüb mənsub olduğu xalqın kədərinə qəlbən ağrıyan bir insan, dahi şəxsiyyət var idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş verən və xeyli insan qırğını ilə nəticələnən bu hərbi müdaxilədən böyük sarsıntı keçirən həmin müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyev idi.

"O, qırğın baş verən günün səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və kütləvi informisiya vasitələri ilə Bakıda törədilən qırğına öz etiraz səsini ucaltdı. Bakıya ünvanladığı teleqramda deyilirdi: Bakı şəhərinə Sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mən teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm".

Q. Nəzirov daha sonra qeyd etdi ki, 20 yanvar 1990-cı il tarixdə öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxmış insanlar arasında dəmiryolçular da az olmayıb. Həmin faciəli gecədə yüzlərlə ölənlər və yaralananlar arasında 11 nəfər dəmiryolçu və onların ailə üzvləri də olub.

Sonra Fazil İbrahimov, Jalə Əfəndiyeva, Vasif Süleymanov çıxış edərək 20 Yanvar hadisələrinin yaranma səbəbləri, tarixdəki rolu haqqında danışdılar.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=320491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR