“Wiwsport” portalı 2022/2023 mövsümü üzrə ən çox qol vuran seneqallı futbolçuların adlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu İbrahima Vadji də məhsuldar futbolçular siyahısında yer alıb. “Qarabağ”ın 27 yaşlı hücumçusu 7 oyuna 4 qolla 3-cü sırada qərarlaşıb. Siyahıya 9 qolla "Heyqesun"un oyunçusu Alioune Ndour başçılıq edir. "Bavariya"nın hücumçusu Sadio Mane 4 qolla ikinci, eyni sayda qola malik "Şanxay Port" oyunçusu Şerif Ndiaye isə 4-cüdür.
