Tovuzda avtomobil təmiri sexində yanğın iki adama ziyan vurdu

Tovuzda avtomobil təmiri sexində yanğın iki adama ziyan vurdu
12:05 19 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində, Eldar Hüseynova məxsus, ümumi sahəsi 63 kv.m olan avtomobil təmiri sexində baş verib. Hadisə yerinə çağırılan yanğınsöndürənlərin səyi nəticəsində alovu tez bir zamanda ram etmək mümkün olub. Yanğın zamanı xəsarət alan olmasa da dam örtüyünün yanar konstruksiyaları və sexin içərisində olan “VAZ-21-06” markalı minik avtomobili yanaraq yararsız hala düşüb.

Qeyd edək ki, bir neçə gün öncə Tovuzun Düzqırıqlı kəndində də oxşar hadisə baş verib.   
                                                                           
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR