Ötən il Azərbaycan iki ölkə ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

12:07 19 Yanvar 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 12:01 ]


Bakı. Rəşad Süleymanov – APA. Ötən il Azərbaycanla daha iki ölkə arasında ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalanıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, 2014-cü ildə Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya və Xorvatiya müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlığa dair sazişlər imzalanıb. Bununla Azərbaycan Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq sazişi və memorandumu imzaladığı ölkələrin sayı 34-ə çatıb: "Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir".

 

Azərbaycan həmçinin ərəb, Yaxın Şərq və Şərq ölkələri ilə hərbi əlaqələrin normativ-hüquqi bazasının yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparır


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR