“Google” şirkəti “Softcard” mobil ödənişlər şirkətini satın alır

“Google” şirkəti  “Softcard” mobil ödənişlər şirkətini satın alır
12:11 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Google Inc” hazırda “Softcard” mobil ödənişlər şirkətinin satınalınması ilə bağlı danışıqlar aparır.


“ICTnews” xəbər xidmətinin “TechCrunch”ə istinadən verdiyi məlumata əsasən, bu işbirliyi “Google” şirkətinə ABŞ-ın ən iri mobil rabitə operatoru və onun yeni “Apple Pay” servisi ilə rəqabət aparmağa kömək edəcək. Müqavilənin ümumi dəyəri 100 milyon dollar olacaq.
 
“Softcard” şirkətinin təsisçiləri “AT&T Inc”, “Verizon Communication Inc”, “Verizon Wireless Inc” və “T-Mobile US Inc” şirkətləridir.
 
Aynur Vəliyeva 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34842-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR