Tovuzda ət niyə ucuzlaşıb?

12:12 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yayın quraq, qışın qarsız keçməsi qərb bölgəsində otun bahalaşmasına səbəb olub. Nəticədə fermerlər lazımi qədər ot tədarük edə bilməyiblər. Bu isə öz təsirini ət satışında büruzə verib.

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, ot və yemin bahalaşması əksər fermerləri mal-qaranı satmaq fikrinə salıb. Bu cür bahalaşma bazarlarda ət satışına da təsir edib. Belə ki, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların əti xeyli ucuzlaşıb. Hazırda rayon bazarında 1 kq mal əti alıcılara 5-6 manata, qoyun əti isə 7-8 manata təklif olunur. Satıcılar ucuzluq olmasına baxmayaraq, bazarda alıcı qıtlığı yaşandığını bildiriblər.

Alıcılar isə qiymətlərin bu cür qalmasının tərəfdarıdırlar.

Qeyd edək ki, ötən il əlverişsiz hava şəraiti səbəbindən ot  zəif yetişib və bu səbəbdən ot bağlamalarının qiyməti bahalaşıb. Bu baxımdan otu baha alıb, əti ucuz satmaq fermerlərin heç də ürəyincə deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR