Livanın nəqliyyat naziri Ali Hamiyənin evinə hücum edilib.

Metbuat.az xəbər verir ki, onun həyətində bomba partladılıb. Əraziyə dərhal təhlükəsizlik qüvvələri cəlb edilib. Hücum zamanı nazirin evdə olub-olmadığı barədə məlumat verilmir. Rəsmi dairələrin məlumatına görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində fəsadlar baş verib. Lakin tələfat barədə məlumat verilməyib.