Türkiyəli müğənni Gülbən Ərgən keçmiş ailə üzvləri ilə birlikdə oğlu Atlasın ad gününü qeyd edib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, 8 yaşı tamam olan Atlası doğum günündə atası Mustafa Ərdoğan da tək qoymayıb.
Bütün yaxın dostlarının qatıldığı partidə G.Ərgənin anası başda olmaqla, ilk həyat yoldaşı M.Ərdoğanın anası və atası da yer alıb. Oğlunun ad günündən fotoları sosial şəbəkədə paylaşan Gülbən “Yanımızda və qəlbimizdə olan bütün sevdiklərimizə təşəkkür edirik” yazıb.
Qeyd edək ki, G.Ərgənin M.Ərdoğanla evliliyindən Atlas, Aras və Güney adlı üç oğlu var. İfaçı ötən il ikinci dəfə telejurnalist Ərxan Çəliklə ailə qurub.