Meksikada rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə yerli dairələr məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Mikaokan əyalətində yerin 24,1 kilometr dərinliyində yerləşib. Zəlzələ bir sıra əyalətlərdə hiss edilib. Dağıntı və digər fəsadlar barədə məlumat yoxdur. Qeyd edək ki, Meksikada3 gün əvvəl baş verən 7,4 bal gücündəki zəlzələ zamanı 2 nəfər həyatını itirib.