Milli Onkologiya Mərkəzi ilə Belçikanın “Orfit Industries” şirkəti şirkəti arasında əməkdaşlıq sazişi imzalandı

12:23 19 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, E. Hüseynov, AzərTAc 
Yanvarın 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı.
AzərTAc xəbər verir ki, bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi.
İmzalanma mərasimində çıxış edən “Orfit Industries” şirkətinin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəyə malik olan, beynəlxalq müalicə standartlarını həyata keçirən klinikalara verilir.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev rəhbərlik etdiyi klinikada qısa müddətdə onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bariz nümunəsi kimi qiymətləndirib.
İmzalanan saziş bir daha Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Onkologiya_Merkezi_ile_Belchikanin_Orfit_Industries_sirketi_sirketi_arasinda_emekdasliq_sazisi_imzalandi-825702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR