“20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı disk hazırlanıb

“20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı disk hazırlanıb
12:33 19 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio” “20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı proqram hazırlayıb.
1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev AzərTAc-a bildirib ki, proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.
Publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndərin, şəhid Ülvi Bünyadzadənin yaxını, jurnalist Almaz Ülvinin, jurnalist-fotoqraf, 20 Yanvar hadisələrini bilavasitə lentə köçürən Fərid Xayrulinin, 20 Yanvar mövzusunda bir sıra rəngkarlıq əsərlərinin müəllifi, rəssam Nadir Bayrışovun və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin iştirak etdikləri müzakirədə Qara Yanvarın Azərbaycan tarixində oynadığı rol təhlil edilib. Müzakirə iştirakçıları öz xatirələrini bölüşüblər.
Disk şəklində də buraxılmış “20 Yanvar. Əsrin dörddə biri keçdi...” proqramına 1905.az portalında baxmaq mümkündür.
Qeyd edək ki, 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir. Portal AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə ötən ilin martında yaradılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Asrin_dordde_biri_kechdi_adli_disk_hazirlanib-825706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR