Fövqəladə Hallar Nazirliyinin təmsilçisi çempion olub

12:33 19 Yanvar 2015
68 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Yanvarın 17-18-də Şağan Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. Çempionatda 16 komanda və 170 idmançı güclərini sınayıb.
Yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası da iştirak edib.
AzərTAc xəbər verir ki, Olimpiya sistemi ilə keçirilən birincilikdə FHN-ni təmsil edən Ucal Abdullayev 73 kq çəki dərəcəsində çempion olub.
Qalib qiymətli hədiyyələr, medal və diplomla təltif edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_temsilchisi_chempion_olub-825705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR