Azərbaycanın beş cüdoçusu bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə start verəcək.
Metbuat.az xəbər verir ki, yarışın ilk günündə 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.
66 kq-da yarışan Tofiq Məmmədov 1/32 final mərhələsində Oskar Pertelsonla (Estoniya) görüşəcək.
Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batistanın (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuovanın (Qazaxıstan) müqavimətini qırmağa çalışacaq.