"Binəlı Yıldırım ilə tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacayıq".
Metbuat.az xəbər verir ki, bu barədə AK parti sözçüsü Ömər Çəlik tviter hesabında yazıb.
"Keçmiş olsun arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AK parti sədrinin müavini Binəlı Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır", - o deyib.