Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Şəmkir rayonuna gedib.

Metbuat.az xəbər verir ki, diplomat, bu barədə tviterdə məlumat verib.

Səfir paylaşımında Şəmkirin böyük alman irsinə sahib olduğunu xatırladıb.

Horleman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüb:

"Bir vaxtlar Annenfeld adlanan Şəmkir Rayon Icra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə Azərbaycandakı əsrlər boyu davam edən alman irsi haqqında və gələcəkdə onun üzərində bu ənənənin necə davam etdiriləcəyi barədə apardığımız ruhlandırıcı söhbətə görə təşəkkür edirəm", - paylaşımda bildirib.