“Qarabağ”ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib.

Metbuat.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, buna səbəb arenadakı təmir işləridir.

“Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.