Rusiyada azərbaycanlı biznesmen oğurlandı

Rusiyada azərbaycanlı biznesmen oğurlandı
12:39 19 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Rusiyanın Surqut şəhərində yerli biznesmenin qaçırılmasında Azərbaycan vətəndaşı şübhəli bilinir.


 

APA-nın uralinform.ru saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-da baş verib.

 

49 yaşlı yerli sahibkar Barat Əkbərov naməlum şəxslər tərəfindən qaçırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında “Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb.  Polisə avtomobilin Azərbaycan vətəndaşına məxsus olduğu məlumdur.

 

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Barat Əkbərovu məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırıblar. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR