Gülağa Aslanlı: “Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illəri xatırlasalar, yaxşı olar”

Gülağa Aslanlı: “Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illəri xatırlasalar, yaxşı olar”
12:42 19 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 12:39 ]

Bakı. Etibar Məmmədov – APA. “Kimin nə deməsindən asılı olmayaraq Müsavat Partiyası doğru bildiyi yolla gedir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə onunla AXCP sədri Əli Kərimli arasında keçirilən görüşdə məqsəd heç də hansısa sazişin imzalanmasından ibarət deyildi: “Kimin nə deməsindən asılı olmayaraq, Müsavat Partiyası doğru bildiyi yolla gedir. Bu yolda ictimai rəyi də nəzərə almaq əsas götürülür. Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illərin parlament seçkiləri ərəfəsindəki münasibətləri, danışıqları da nəzərə alsalar, daha yaxşı olar. Ona görə də bu görüşün müəyyən əhəmiyyəti var”.

 

Xatırladaq ki, A. Hacılı və Ə. Kərimli arasında baş tutan görüşdən sonra bəzi AXCP funksionerləri bundan real nəticə gözləməyin mənasız olduğunu vurğulayaraq, Müsavatla mümkün əməkdaşlığa qarşı çıxıblar. Onlar Ə. Kərimlinin yalnız nəzakət xətrinə A. Hacılının görüş təklifini qəbul etdiyini deyiblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR