“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan “Bavariya” klubuna keçəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, İlkay Gündoğanın müqaviləsi mövsümün sonunda başa çatacağı üçün o “Bavariya”ya azad agent kimi gedəcək. İddia edilir ki, tərəflər arasında bütün detallar razılaşdırılıb. Bildirilir ki, “Qalatasaray” klubu da Gündoğan üçün iddialı təklif göndərsə də, rədd cavabı alıb. Türkiyə təmsilçisinin israrlarına və yaxşı məvacib təklifinə baxmayaraq, 32 yaşlı futbolçunu razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, bəzi mənbələr Gündoğanın Türkiyə futbol oynamağa müsbət baxdığını iddia etmişdi.