Oğuzda evdə yanğın olub.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Oğuz rayonunun Muxas kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli evin 1 otağında 2 m² sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.