Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir tvitter səhifəsində yazıb:

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”- paylaşımda deyilir.