Portuqaliyalı hücumçu Kriştiano Ronaldo və argentinalı hücumçu Paris Sen-Jermen Lionel Messi "Louis Vuitton"un birgə layihəsi dünya gündəminə, demək olar ki, damğa vurub.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə hər kəs tanınmış futbolçuların fotosunu paylaşıb. İkilinin yer aldığı görüntülərin fotoşop vasitəsilə çəkildiyinə dair iddialar var. Belə ki, səhnəarxası görüntülərində də Messi və Ronaldo bir yerdə görülmür. Həmçinin idmançıların müxtəlif günlərdə çəkiliş meydançasına gəldiyi görülür.
Qeyd edək ki, ulduz futbolçular öz sosial şəbəkə hesablarında ilk dəfə birlikdə yer aldıqları bir şəkil paylaşıblar. Lakin onlar bir-birilərini sosial şəbəkə üzərindən etiketləməyiblər.
Həmçinin onu da qeyd edək ki, bundan öncə də amerikalı fotoqraf Anne Leybovits Pele, Dieqo Maradona və fransalı Zinəddin Zidanın fotolarını çəkib və şəkillər 2010-cu il Dünya Çempionatı ərəfəsində paylaşılmışdı.