Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, noyabrın 21-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı deyib.

Dəvət məmnunluqla qəbul olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.